Xəbər lenti

Məşhur narkobaron həbs edildi - FOTOLAR
Dünya17:22 10.10.2014

Məşhur narkobaron həbs edildi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Meksikada “Juarez” narko kartelinin başçısı Visente Karrillo həbs edilib.

Anspress.com xəbər verir ki, Karrillo son bir həftə ərzində Meksikada tutulan ikinci narkobarondur.

“Juarez” kartelinin başçısı Visente Karrillo rəqib kartelin başçısı Joaquin “Qısa” Quzmanın uzun illər düşməni olub.

Quzman fevral ayında tutulana qədər dünyanın ən çox axtarılan narkobaronu olub. Carrilo Torreon şəhərində həbs olunub.

ABŞ Karrillo-nun “başına” 5 milyon dollar mükafat qoymuşdu.

Qaynar.info