Xəbər lenti

Məşhur pivə zavodunun direktoru 4000 manat cərimələndi - Məhkəmə şikayəti təmin etmədi
Dünya 13:45 25.02.2025

Məşhur pivə zavodunun direktoru 4000 manat cərimələndi - Məhkəmə şikayəti təmin etmədi

Dövlət Əmək Müfəttişliyi Xidməti "Carlsberg Azerbaijan" şirkətinin direktoru Alius Antulisi inzibati məsuliyyətə cəlb edib. 

Qaynarinfo-nun məlumatına görə, dövlət qurumu direktoru İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimələyib. 

1Bu maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır. 

Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. 

Dövlət xidməti Alius Antulisə 4000 manat cərimə yazıb. Şirkətin rəhbəri qərardan məhkəməyə şikayətə edib. Şikayətə Abşeron Rayon Məhkəməsində baxılıb. Hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib. 

"Carlsberg Azerbaijan" pivə zavodudur. Xırdalanda fəaliyyət göstərir. Bu zavodun əsası 1969-cu ildə qoyulub. Müstəqillik illərində fəaliyyəti dayanıb. 

Fransız şirkəti "Group Castel" tərəfindən həyata keçirilən irimiqyaslı yenidənqurma işlərindən sonra zavod 2000-ci ildə yenidən fəaliyyətə başlayıb. 2008-ci ildən isə zavod "Group Castel" şirkətinin bir hissəsinə çevrilib.  

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->