Keyt Flintin intihar etdiyi açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə qrupun rəsmi "Instagram" səhifəsində məlumat verilib.
***15.55
İngiltərənin dünya şöhrətli "The Prodigy" qrupunun ifaçısı Keyt Flint 49 yaşında vəfat edib.
Qaynarinfo Mirror-a istinadən xəbər verir ki, rəqqas və vokalistin meyiti Esseksdə yerləşən evində tapılıb. Polis Flintin ölüm səbəbini araşdırır.
Qeyd edək ki, Keyt Flint ifa etdiyi "Firestarter" mahnısı ilə şöhrət qazanmışdı.
Gülşən