Xəbər lenti

Məşhur rejissor İsao Takahata vəfat etdi
Dünya08:42 06.04.2018

Məşhur rejissor İsao Takahata vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əfsanəvi yapon animasiya rejissoru İsao Takahata dünyasını dəyişib.
Qaynarinfo Verge-ə istinadən xəbər verir ki, 82 yaşlı Takahata bir müddət idi ürək xəstəliyindən əziyyət çəkirdi. Əsasını qoyduğu "Studio Ghibli" film şirkəti rejissorun ölümünü təsdiq edib. 
İsao Takahata "Yalnız dünən", "Atəşböcəklərinin məzarı", "Şahzadə Kaquyanın taleyi" və s. animasiya filmləri ilə dünya şöhrəti qazanmışdı.
"Xəyallar və dəlilik krallığında" adlı sənədli film məşhur yapon rejissorları Hayao Miyazaki, Toşio Suzuki və İsao Takahatanın fəaliyyətindən bəhs edir.
Gülşən