Xəbər lenti

Məşhur reper narkotiklə tutuldu, 350 avro cərimə edildi
Maqazin 12:11 26.05.2024

Məşhur reper narkotiklə tutuldu, 350 avro cərimə edildi

Amerikalı reper Niki Minaj Amsterdamda narkotik daşıdığı üçün saxlanılıb. Lakin daha sonra polis onu sərbəst buraxıb və 350 avro cərimə edib. 

Qaynarinfo xəbər verir ki, Niderlandın NU.nl nəşri məlumat yayıb.

Prokurorluğun portala verdiyi məlumata görə, Minajın daşıdığı narkotiklərin dəqiq miqdarı məlum deyil. Prokurorkuq bildirib ki, sənətçinin baqajında "​100 qramdan az" narkotik vasitə tapılıb. Polis cərimə ödədikdən sonra ifaçıya qarşı cinayət işini bağlayıb və indi o, "hara istəyirsə" gedə bilər.

Qeyd edək ki, bir gün əvvəl Minaj Amsterdam hava limanında narkotik saxladığı üçün həbs edilib. Sənətçi günahını inkar edib və polisə müqavimət göstərib.

Hadisəyə görə reper İngiltərənin Mançester şəhərində planlaşdırdığı konsertini son anda təxirə salıb. BBC qeyd edib ki, təşkilatçılar hətta reper üçün helikopter də hazırlayıblar ki, o, həbsdən çıxandan sonra onu konsertə çata bilsin. Lakin sonra tədbir qeyri-müəyyən tarixə təxirə salınıb.

"Daily Mail" qəzeti yazıb ki, reperin pərəstişkarlar saatlarla gözlədikdən sonra qəzəbləniblər. Nəşrin məlumatına görə, konsert zalının girişində sənətçinin yüzlərlə pərəstişkarı "Nikki Minajı azad edin" qışqırıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->