
Məşhur rusiyalı bloqqer Aleksandr Lapşin Belarusda saxlanılıb.
Qaynarinfo.Az modern.az-a istinadən xəbər verir ki, Lapşin Azərbaycan tərəfinin sorğusu əsasında saxlanılaraq Minskin Pervomaysk rayonundakı bölməyə aparılıb.
Məlumata görə, bloqqer 2010-2011-ci illərdə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarını qanunsuz ziyarət edib və buna görə Azərbaycan XİN-in "qara siyahı"sına düşüb. Lakin 2016-cı ilin yayında Lapşin Rusiya pasportunu Ukrayna pasportu ilə əvəzləyərək Gürcüstandan Azərbaycana qatarla gəlib. Formula-1 yarışlarını da izləyən rusiyalı "arzuolunmaz şəxs" daha sonra ölkəni tərk edib.
Faktla bağlı əlavə məlumat verilmir.
Qaynarinfo.Az