Xəbər lenti

Məşhur rusiyalı teleaparıcı Qordon itkin düşüb: 40 gündür ondan xəbər yoxdur
Dünya12:04 05.01.2023

Məşhur rusiyalı teleaparıcı Qordon itkin düşüb: 40 gündür ondan xəbər yoxdur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
40 gündür ki, teleaparıcı Aleksandr Qordon media sahəsində görünmür. O, sonuncu dəfə Rusiya telekanalının proqramlarından birində efirdə görünüb. Bu müddət ərzində Qordonun yoxa çıxması ilə bağlı rəsmi açıqlama, eləcə də işdən çıxarılması ilə bağlı xəbərlər yayılmayıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Blitz Plus" məlumat yayıb.
Teleaparıcı sonuncu dəfə noyabrın 23-də "Zaman göstərəcək” (Vremya pokajet) proqramının "Xatırlamaq zamanı" (Vremya vspomnit) rubrikasının aparıcısı kimi çıxış edib. Qordon heç bir izahat verilmədən efirdən çıxarılıb və onun yerinə Anatoli Kuziçev qoyulub, lakin o da cəmi iki buraxılış efiri idarə edib.
Kuziçev proqramın aparıcılığından uzaqlaşdırıldıqdan sonra veriliş mövcudluğunu dayandırıb. Artıq 40 gün keçməsinə baxmayaraq, kanal hələlik heç bir şərh verməyib.
Alpər