
Məşhur "Narcos" serialının 4-cü mövsümünə hazırlıq prosesində qətl hadisəsi törədilib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Meksikada çəkiliş prosesi üçün yer araşdıran serial heyətinin üzvü Karlos Muoz Portal qətlə yetirilib. Karlos Muoz Meksikanın ən təhlükəli bölgələrindən olan Temaskalapa qəsəbəsində maşınında güllələnmiş vəziyyətdə tapılıb.
Meksikalı rəsmilər hadisənin şahidi olmadığı üçün istintaq prosesinin çətin olduğunu deyir.
Qeyd edək ki, "Narcos" serialı dünya şöhrətli narkobaron Pablo Eskobarın həyatından bəhs edir və serialın yeni sezonunda meksikalı narkotik qaçaqmalçıları ilə mübarizədən bəhs ediləcəkdi.
37 yaşlı Karlos Muoz Portal 10 ildir kino sektorunda çalışırdı və "James Bond", "Fast and Furious", "Apocalypto" kimi məşhur filmlərin heyətində yer alıb.
Gülşən
Qaynarinfo.Az