Xəbər lenti

Məşhur şirkətin 20 minə yaxın işçisi koronavirusa yoluxdu
Dünya05:33 03.10.2020

Məşhur şirkətin 20 minə yaxın işçisi koronavirusa yoluxdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
COVID-19 infeksiyasının yayılmağa başladığı ilk gündən bəri ABŞ-ın "Amazon” şirkətinin 20 minə yaxın işçisi koronavirusa yoluxub. 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, koronavirus üçün analiz nümunələri götürülmüş 19 816 işçinin test nəticəsi müsbət çıxıb. 
Bildirilir ki, "Amazon”da COVID-19 infeksiyasına yoluxan işçilərin sayı şirkətin ümumi işçilərinin sayına nisbətdə xeyli aşağıdır. Belə ki, "Amazon” şirkətinin və ona aid olan şəriki "Whole Foods Market”in dünya miqyasında 1,37 milyon əməkdaşı var.