Məşhur britaniyalı velosipedçi Mark Kavendiş xoşagəlməz halla üzləşib.
Qaynarinfo "The Sun"a istinadən xəbər verir ki, Belçikada dəhşətli qəzaya uğrayan Kavendiş iki qabırğasını sındırıb, ağciyərini isə zədələyib.
"Manks raketi" ləqəbli idmançının bazar günü Gent şəhərində baş tutan yarışdan öncə velosipedi xarab olub. Getməyə başqa yeri olmayan 36 yaşlı idmançı həmkarı Lasse Norman Hansenin velosipedinə minib. Ancaq onlar, yolda digər həmkarları Kenni de Ketele ilə toqquşub. Ehtimal olunur ki, Ketelenin velosipedinin qəzaya uğramasına səbəb trekdəki su olub. Su idmançıya çətinlik yaradıb, nəticədə o, idarəetməni itirib və velosipedi sürüşüb.
Kavendiş yerə yıxılandan sonra ayağa qalxıb azarkeşlərə əlini yelləsə də onu xərək vasitəsilə xəstəxanaya çatdırıblar. Müalicəsi üçün bir müddət xəstəxanada qalan idmançı şəxsi instaqram hesabı vasitəsilə etdiyi paylaşımda bunları yazıb: "Bütün dəstəyə və xoş arzulara görə nə qədər həyəcanlandığımı və minnətdar olduğumu demək istəyirəm. Yoldakı su yüksək sürətlə hərəkətdə olarkən qəzaya düşməyimə səbəb oldu. Bir neçə dəfə çəllək kimi yuvarlanmasından sonra qabırğalarımdakı bəzi sınıqlardan və ağciyərimdən müalicə olunuram. Bir az ağrı içindəyəm, amma Gent Universitet Xəstəxanasında inanılmaz heyət məni müalicə etməyə çalışır".
Kavendişin komandası Deceuninck-QuickStepdən verilən açıqlamaya görə velosipeddən yıxılan hər iki idmançı müayinə olunur və bir neçə gün xəstəxanada qalacaq. Markın yaxın günlərdə xəstəxanadan buraxılacağı və evdə müalicəsini davam etdirəcəyi gözlənilir.