Xəbər lenti

Məşhurlar Yeni ili harada qeyd edəcəklər? - SİYAHI
Maqazin08:56 30.12.2016

Məşhurlar Yeni ili harada qeyd edəcəklər? - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yeni ilin gəlişinə sayılı vaxt qalır. Bu bayramı hər kəs özünəməxsus tərzdə qarşılayır. Kimisi evində ailəsi ilə birgə, kimisi xarici ölkələrdə, kimisi isə restoranlarda qeyd edir. 
Bəs Azərbaycanın tanınmış sənət adamları 2016-ci ilin Yeni il gecəsini harada qarşılayacaqlar?

Nazpəri Dostəliyeva:"Hər il olduğu kimi, Yeni ili öz övladlarım ilə bağda qeyd edəcəm. Kim istəsə, buyurub gələ bilər". 

Mətanət İsgəndərli:"31 dekabr axşamı işdə olacam. Biz hər il bayramı səhnədə qarşılayırıq. Bizim üçün bayram səhnə deməkdir".

Faiq Ağayev:"Saat 12-də Həci xanımla, yəni anamla olacam. Daha sonra işə gedəcəm".

Röya Ayxan: “Yeni il stadionda olacam, amma saat 12-də oğlumla birgə qeyd edəcəm. İki gün sonra Hüseynlə Türkiyəyə gedəcəm”.

Nadir Qafarzadə: “Bu il bayramı ölkədən kənarda, ailəm ilə birlikdə Ukraynada qeyd edəcəyəm”.

Günay İbrahimli: “Yeni ili xarici ölkədə keçirəcəm. Hələ ki, hansı ölkə olduğunu açıqlamıram. Sürpriz olsun. İnstaqramda görəcəksiniz”.

Manana Caparidze: "Yeni ili Şəki şəhərində keçirəcəyəm. İş başında. Ailəm mənimlə olmayacaq. Yanımda ancaq işçilərim olacaq. Yanvarın 1-i isə ailəmin yanında olacağam".

Fatimə Fətəliyeva: "Əməliyyatdan təzə çıxdığıma görə öz evimdə, ailəm ilə birgə qeyd edəcəm".

Səidə Sultan:"Bayram axşamı Niyam Salami ilə iş başında olacam. O Şaxta Baba, mən Qar Qız olacam". (BiG.AZ)

Qaynarinfo.Az