Lionel Messinin "İnter Mayami"yə transferindən sonra liqanın yayımçısı "Apple"ın abunəçilərinin sayının 1 milyona yaxınlaşdığı bildirilib.
Qaynarinfo-nun məlumatına görə, "İnter Mayami" karyerasına qollarla başlayan Messi liqaya müsbət təsirini davam etdirir. Bildirilib ki, liqa və Liqalar Kubokunun rəsmi nəşriyyatı olan "Apple” Messinin "İnter Mayami”yə transferindən sonra abunəçilərinin sayı 1 milyona yaxınlaşıb.
"Sports Business Journal"dakı xəbərdə iyun ayının əvvəlindən bu yana abunəçilərin sayının 300 minə yaxın artdığı bildirilib. Bunaun daha çox Messinin "İnter Mayami"yə keçidindən qaynaqlandığı vurğulansa da, digər amillərlə bağlı da artımın olduğu bildirilib. Xəbərdə telefon şirkətinin mövsümlük kartı olan azarkeşlərə bir illik abunəlik də hədiyyə etdiyi yazılıb.
"İnter Mayami"də "Kruz Azul"a qarşı debüt edən argentinalı superulduz 90+4-də vurduğu qolla komandasına qələbə qazandırıb. Liqalar Kubokunun ikinci oyununda komanda "Atlanta Yunayted"i dörd qolla məğlub edib. Bu matçda isə Messi iki dəfə rəqib qapısına yol tapıb.
Səbuhi Həsənov