Argentina millisinin və "İnter Mayami" klubunun hücumçusu Lionel Messi 2030-cu il dünya çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı suala konkret cavab verməyib.
Qaynarinfo xəbər verir ki, onun sözlərini jurnalist və insayder Fabritsio Romano "X" sosial şəbəkəsində paylaşıb.
"Bilmirəm. Düzünü desəm, hazırda bu barədə düşünmürəm. Bu, hələ çox uzaq perspektiv kimi görünür... Daha əvvəl də dediyim kimi, günü-günə yaşayıram və diqqətimi indiki məqama yönəldirəm", deyə Messi bildirib.
İyunun 24-də Messinin 39 yaşı tamam olub. Bundan iki gün əvvəl Argentina millisi futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda Avstriya yığmasına qalib gəlib. ABŞ-da yerləşən "AT&T" stadionunda keçirilən qarşılaşma 2:0 hesabı ilə başa çatıb. Lionel Messi oyunun 9-cu dəqiqəsində penalti zərbəsindən yararlana bilməsə də, 39-cu dəqiqədə hesabı açıb. O, 90+5-ci dəqiqədə ikinci qolunu vuraraq yekun nəticəni müəyyənləşdirib. Bu qol Messi üçün dünya çempionatları tarixində 18-ci qol olub. Beləliklə, argentinalı futbolçu 16 qolla Miroslav Klozeni geridə qoyaraq mundiallar tarixinin ən məhsuldar bombardiri olub.
Aydın
Şərhlər