İdman 17:19 19.12.2023

Messi yenidən ölümsüzləşdirildi

Argentina millisinin superulduzu Lionel Messi yenidən ölümsüzləşdirilib.

Qaynarinfo-nun məlumatına görə, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olan futbolçunun rəsmi paytaxt Buenos-Ayresdə divara çəkilməklə bir daha əbədiləşdirilib. 

Qətərdə dünya çempionu olandan 12 ay sonra, "Qızıl top" mükafatına layiq görülən "İnter Mayami"nin ulduzu hələ də planetin ən yaxşı futbolçusu kimi tanınır.  O vətənində bir çoxları üçün bütün dönəmlərin ən güclü futbolçusudur. Hətta onu əfsanəvi Dieqo Maradonadan da güclü sayanlar var. Bu say artdığı bir məqamda Messinin üzü Argentina paytaxtında çoxmərtəbəli binalardan birinin kənarına həkk olunub. 

DÇ-2022-dən sonra ardıcıl iki dəfə "Qızıl top"u qazanan ilk futbolçu olan Messinın üçüncü dəfə bu mükafatı qazanma potensialı olduğunu düşünənlər var. Ancaq ABŞ, Meksika və Kanadanın birlikdə təşkil edəcəyi DÇ-2026-da oynayıb-oynamayacağı ilə bağlı futbolçu qərar verməyib. 

Səbuhi Həsənov