Xəbər lenti

Messinin qardaşı silah gəzdirdiyi üçün cəzalandırıldı
İdman10:51 16.09.2016

Messinin qardaşı silah gəzdirdiyi üçün cəzalandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Argentina millisinin və "Barselona"nın forvardı Lionel Messinin böyük qardaşı Matias barəsində ötən ilin oktyabrında "Audi A5" maşınında qeyri-qanuni silah gəzdirdiyinə görə hökm çıxarılıb. Onun maşınından 22 güllə tapılmışdı.

Qaynarinfo.Az xəbər verir ki, hakim Qonsalo Lopes Kintananın başçılıq etdiyi məhkəmə 34 yaşlı Matiası icbari işlərlə cəzalandırıb. Qarşıdakı 1 ildə o, Rozario şəhərindəki futbol klubunun uşaq məktəbində həftədə 4 saat fiziki və texniki məsələlərdən dərs deməlidir.

Bundan başqa, Matias narkotik və alkoqol qəbul etməməli, yaşayış yerini dəyişdirməməli və 530 dollar cərimə ödəməlidir.

Qeyd edək ki, o birinci dəfə deyil ki, polisə düşür. 2008-ci ilin oktyabrında da kəmərində silah gəzdirdiyi üçün Matias Messi tutulmuşdu.

Qaynarinfo.Az