
Sosial şəbəkələrdə məşhurların foto yaxud statuslarının altında yazılan müxtəlif təhqirlərdən tənqə gələn növbəti müğənni Mətanət Əsədova oldu.
Bu dəfə ifaçının səbri daşdı və onu təhqir edənləri polisə şikayət etdi.
Qaynarinfo.az xəbər verir ki, müğənni hər kəsə tək-tək cavab yaza bilmədiyini görüb bu yola əl atdığını açıqlayıb.
“O insanlara özüm şəxsən müqavimət göstərməyəcəm. Qanunla onları cəzalandıracam. Bir-ikisini polisin əli ilə tapmışam. Gəlib yalvarırlar ki, ailəmə getsin yazdığım sözlər. Nəyə lazımdı o təhqiri yazmaq? Çoxu da müğənnilərdir. Efirə məcbur çıxıb, vaxtı boş yerə alanlardır. Musiqi zövqü olmayanlar, insanlıqdan bixəbərlər, ailə tərbiyəsindən kənar qalmış insanlardır. Bəsdirin, özünüzə yığışın, utanın ölün. Hamınızı bir-bir polis idarəsinə gətizdirəcəyəm. Bu işin üstünə ciddi düşmüşəm".
Qaynarinfo.az