
Türkiyəli millət vəkili avtomobil qəzası keçirib.
Avropa.info-nun məlumatına görə, AKP Kahramanmaraş millət vəkili Sıtkı Güvənçin olduğu avtomobil "TIR"ı arxadan vurub.
Qəzada Güvənlə birlikdə avtomobili idarə edən sürücü də yaralanıb.
Qəza Kahramanmaraş Ankara yolunun Kəskin rayonundan keçən hissəsində baş verib.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Millət vəkilini müayinə edən həkim Osman Gülər yaralının həyatına təhlükə olmadığını bildirib.
"Bir neçə çökmə və qırıq var. Lakin beyinə təsir edəcək qırıqlar deyil. Bədən və üzündə kəsiklər var. Bunlar əməliyyatla tikiləcək və bir neçə gün xəstəxanada qalacaq", - deyə həkim bildirib.
Qaynar.info