Xəbər lenti

Millət vəkili səfirlə görüşdü
Siyasət07:20 19.12.2013

Millət vəkili səfirlə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Omar Medina Qvintero ilə görüşüb. 

Partiyanın mətbuat xidmətindən Qaynar.info-ya daxil olan məlumata görə, görüşdə Azərbaycan-Kuba münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Səfir Asim Mollazadəyə Kubadakı ictimai-siyasi vəziyyət, orada aparılan islahatlar barədə məlumat verib. 

O, Kuba-Azərbaycan münasibətlərinin inkişaf istiqamətləri, təhsil, enerji sahəsində əməkdaşlıq imkanlarından söhbət açıb. Asim Mollazadə də öz növbəsində Qvinteroya Demokratik İslahatlar Partiyasının fəaliyyəti barədə ətraflı məlumat verib.

Qaynar.info