Xəbər lenti

Millət vəkili Türkiyədəki terroru pislədi
Siyasət06:40 13.05.2013

Millət vəkili Türkiyədəki terroru pislədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Demokratik İslahatlar Partiyasınını sədri Asim Mollazadə Türkiyənin Suriya ilə həmsərhəd olan Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş verən terror aktı ilə bağlı Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşquna məktub göndərib.

Terror  nəticəsində onlarla insanın həyatını itirməsi xəbərindən sarsıldığını vurğulayan millət vəkili bu faciəli hadisənin insanlıq əleyhinə həyata keçirilmiş aktlardan biri olduğunu qeyd edib. "Bu aktın nəticəsində təkcə insanlar ölməyib və xəsarət almayıb, eyni zamanda çoxlu sayda insanın təhlükəsizliyi şübhə altına salınıb, onlar ölümlə üz-üzə qoyulub. Bu təkcə Türkiyə vətəndaşlarına qarşı deyil, dünyada sülh və sabitlik istəyən bütün xalqlara qarşı törədilmiş mənəvi barbarlıq nümunəsidir" - deyə A.Mollazadə bildirib. 

Millət vəkili səfirə başsağlığı verib, həmçinin ondan qardaş Türkiyənin prezidentinə, baş nazirinə və xalqına, faciədə həlak olanların ailələrinə baş sağlığı diləklərini çatdırmağı rica edib! Yaralılara şəfa diləyib. Bu cinayəti törədənlərin tezliklə aşkara çıxarılaraq layiqli cəzalarını alacaqlarına əminliyini ifadə edib.

Qaynar.info