Xəbər lenti

Millət vəkilinə edam hökmü oxundu
Dünya14:55 02.10.2013

Millət vəkilinə edam hökmü oxundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Banqladeşdə müxalifət partiyası liderlərindən Səlahəddin Kader Çovdhuri, 1971-ci ildəki müharibə zamanı bəşəriyyətə qarşı cinayət etdiyinə görə edama məhkum edilib.

Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, millət vəkili 9 cinayət işinə görə Banqladeş Müharibə Cinayətləri Məhkəməsində mühakimə olunub.

Çovdhuri müharibə zamanı 200 hindunu öldürdüyünə görə, asılaraq edam ediləcək. Millət vəkili və onun mənsub olduğu Banqladeş Millətçi Partiyası bunu siyasi qərar kimi qiymətləndirib.

Qeyd edək ki, yanvar ayından 1971-ci il müharibəsi zamanı törədilmiş cinayətlərlə bağlı 7 nəfər həbs edilib. Müxalifət bu qərarları, hakimiyyətin gələn yanvar ayında baş tutacaq seçkilərə qədər rəqiblərini aradan qaldırması kimi qiymətləndirir.

Qaynar.info