İraqın Milli İraq Qüvvələri Koalisiyasının millət vəkili Zeytun Əd Düleymi sui-qəsdə məruz qalıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, millət vəkilinin konvoyuna hücum təşkil edilib. Hadisədə Düleyminin oğlu yaralanıb, özü isə xəsarət almayıb.
Paytaxt Bağdad yaxınlığında baş verən hadisənin İŞİD terror təşkilatının üzvü tərəfindən törədildiyi məlum olub.
Hücumdan sonra təhlükəsizlik əməkdaşları ərazidə əməliyyata start verib.
Gülşən