Xəbər lenti

Milli Məclis toplanır: Növbədənkənar sessiyanın ilk iclasının tarixi açıqlandı
Siyasət09:53 14.06.2022

Milli Məclis toplanır: Növbədənkənar sessiyanın ilk iclasının tarixi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasının tarixi məlum olub.
Qaynarinfo-nun xəbərinə görə, toplantının iyunun 17-də keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Milli Məclisinin sədri Sahibə Qafarova 77 deputatın tələbi ilə Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2022-ci il iyunun 1-dən Milli Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, növbədənkənar sessiya çərçivəsində parlamentin ilk plenar iclasının iyunun 10-da keçirilməsi nəzərdə tutulurdu, lakin sonradan toplantının vaxtı dəyişdirilib.