Xəbər lenti

Milli Şura qərarı verdi - AÇIQLAMA
Siyasət10:10 10.09.2013

Milli Şura qərarı verdi - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Asəf Quliyev: “İndi orada mitinq keçirmək fikrimiz yoxdur”

“Hazırda Milli Şura seçkilərə hazırlıq gedir. Seçki kampaniyasının başlanması ilə əlaqədar sentyabrın 22-də mitinq keçiriləcək”. Bu açıqlamanı Qaynar.info-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, Milli Şuranın mitinq komitəsinin üzvü Asəf Quliyev verib. O bildirib ki, Milli Şura Mərkəzi Seçki Komissiyasının (MSK) qərarını gözləyir: “Hələ gözləyirik, MSK Bakı şəhərində açıq və qapalı yerləri müəyyənləşdirib elan etsin. Biz müəyyənləşdirilmiş yerlərdən birində mitinq keçirəcəyik”.

A.Quliyevin sözlərinə görə, hazırki mitinqi “20-ci sahə”də keçirmək olmaz: “İndi orada mitinq keçirmək fikrimiz yoxdur. Keçirəcəyimiz mitinq namizədin seçki kampaniyasının başlanması ilə əlaqədardır. Yəqin, “20-ci sahə”də görüş keçirilməz. Ola bilər, namizəd Nərimanov və ya Xətai Rayonu ərazisində seçicilərlə görüş təyin etdi. Bu, görüş mitinqi olacaq. Ona görə də belə mitinq üçün xüsusi yerlər ayrılmalıdır”.

Milli Şura nümayəndəsi mitinqə xərclənəcək pulun məbləğini də açıqlayıb: “Mitinqə vəsait yalnız şüarların, plakatların hazırlanmasına xərclənir. Bu da təxminən 1000 manatdan artıq pul edir”.

İlkin
Qaynar.info