
Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzi iclas keçirib.
Qurumun mətbuat xidmətindən “Media forum” saytına verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyət, siyasi məhbuslarla bağlı məsələlər müzakirə olunub. Bir neçə gün öncə Prezident Administrasiyası rəhbərinin KİV nümayəndələri ilə görüşməsi hakimiyyətin narahatlığı kimi qiymətləndirilib, “İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəklənməyənlər cəzalandırılacaq” bəyanatının səslənməsi totalitar cəmiyyət yaratmaq iddialarının açıq təzahürü kimi qeyd olunub.
İclasda Milli Şuranın sessiyasının keçirilməsi barədə qərara qəbul olunub və sessiyanın təşkili ilə bağlı müvafiq strukturlara tapşırıqlar verilib.
Milli Şura 2013-cü il iyunun 7-də yaradılıb. Qurumun öncül şəxsləri Cəmil Həsənli, Rüstəm İbrahimbəyov, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Gültəkin Hacıbəyli, İbrahim İbrahimli, Leyla Yunus, Mehman Əliyev və başqalarıdır.
Qaynar.info