
Azərbaycanın güləş üzrə yığmaları noyabrın 16-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa Millətlər Kubokunda iştirakdan imtina edib.
Bu barədə "Report"un Şərqi Avropa bürosuna Rumıniya Güləş Federasiyasının rumıniyalı baş katibi Alin Qriqorie məlumat verib.
Onun sözlərinə görə, buna səbəb Azərbaycan yığmalarının 24-26 noyabrda Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə keçiriləcək "Qızıl Qran Pri"nin final mərhələsinə yaxşı hazırlaşmaq istəmələridir.
Qaynarinfo.Az