Xəbər lenti

Millilərimizin və klublarımızın oyunlarının keçiriləcəyi məkan müəyyənləşdi
İdman 15:07 06.09.2022

Millilərimizin və klublarımızın oyunlarının keçiriləcəyi məkan müəyyənləşdi

Həndbol üzrə milli komandalar, həmçinin klublar oyunlarını yenilənmiş "AHF Arena”da keçirəcəklər.

Həndbol Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə 2004-cü ildə sırf həndbol  üçün istismara verilən "ABU Arena”da tikildiyi dövrdən heç bir təmir işləri aparılmadığından normal fəaliyyət göstərmək mümkün deyildi. Hazırda Azərbaycan Həndbol Federasiyası tərəfindən idman kompleksində təmir-bərpa işləri  həyata keçirilir. Təmir işlərindən sonra "AHF Arena" kimi fəaliyyətini davam etdirəcək kompleksdə komandaların məşq etməsi, eyni zamanda oyunlar keçirməsi üçün əlverişli şərait yaranacaq. Komandaların maddi-texniki bazasının yaxşılaşdırılmasına və həndbolun inkişafına hesablanan müvafiq işlərin yaxın vaxtlarda başa çatdırılması planlaşdırılır. Bununla da, həndbolsevərlər həm, Azərbaycan çempionatının, həm də, Avrokubok oyunları və milli komandaların seçmə mərhələ görüşlərini yenilənmiş "AHF Arena”da izləmək imkanı qazanacaqlar.

İyunun 7-8-də Avstriyanın Vyana şəhərində Avropa Həndbol Federasiyasının  baş ofisində qurumun prezidenti Mixael Viederer ilə Azərbaycan Həndbol Federasiyanın prezidenti Saleh Məmmədovun iştirakı ilə keçirilən görüşdə Avropa çempionatının  Bakıda təşkil olunması ilə bağlı  müzakirələr aparılıb. Qitə miqyaslı mötəbər yarışın paytaxtımıza həvalə olunması  çox yüksək qiymətləndirilir.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->