Xəbər lenti

Millimiz bu gün DÇ-nin yarımfinal matçına çıxacaq
İdman 09:35 03.11.2023

Millimiz bu gün DÇ-nin yarımfinal matçına çıxacaq

Minifutbol üzrə millimiz Birləşmiş Ərəb Əmirliklərində keçirilən dünya çempionatında bu gün yarımfinal oyununa çıxacaq.

Qaynarinfo-nun məlumatına görə, Elşad Quliyevin rəhbərlik etdiyi millimiz Qazaxıstanla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Millimizin yarımfinaldakı rəqibi qrup mərhələsi çərçivəsində Qananı 7:0, Hindistanı 16:0, Birləşmiş Ərəb Əmirliklərini 2:1, 1/8 finalda Meksikanı (0:0), 1/4 finalda isə Çexiyanı (3:3) mübarizədən kənarlaşdırıb. 

Qrupda İraq (2:0), Misir (4:1) və Küveytə (3:1) qalib gələn komandamız isə növbəti mərhələlərdə müvafiq olaraq Portuqaliya (3:0) və Bolqarıstanı (3:1) məğlub edib.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->