İdman 15:56 29.06.2022

Millimiz Portuqaliyaya rəqib oldu

Qadın həndbolçular arasında 2023-cü ildə keçiriləcək dünya çempionatının birinci təsnifat mərhələsinin püşkü atılıb.
 
Qaynarinfo xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada keçirilən püşkatmanın nəticəsinə əsasən, təmsilçimizin də rəqibi müəyyənləşib. Millimiz Portuqaliya ilə üz-üzə gələcək.

İlk görüş noyabrın 2-si və ya 3-də Bakıda, cavab matçı isə 1 həftə sonra səfərdə baş tutacaq.
 
Səbuhi Həsənov