İdman 15:51 23.06.2022

Millimiz reytinqə irəlilədi

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
 
Qaynarinfo xəbər verir ki, martın 31-də açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandası 1 pillə irəliləyib. Canni De Byazinin yetirmələri 1127.17 xalla 128-ci pilləyə yüksəlib.
 
Son siyahıya əsasən reytinqdə cədvələ Braziliya (1837.56) millisi başçılıq edir. İkinci pillədə isə 1821.92 xalla Belçika millisi qərarlaşıb. İlk "üçlüy"ü isə 1770.65 xalla Argentina millisi qapayır.

Səbuhi Həsənov