Xəbər lenti

Millimizin baş məşqçisi ən çox qol vuranlar siyahısında
İdman 11:38 28.09.2023

Millimizin baş məşqçisi ən çox qol vuranlar siyahısında

UEFA Çempionlar Liqasında ən çox qol vuran futzalçıların siyahısı dərc olunub.
 
Qaynarinfo-nun məluamtına görə siyahıda azərbaycanlı futzalçı da yer alıb. Belə ki, uzun illər "Araz-Naxçıvan”ın formasını geyinən və bu klubla bürünc medal qazanan, həmçinin Serbiya çempionu "Ekonomaç”la analoji yarışa qatılan Vitali Borisov da ən çox qol vuranlar arasındadır. Veteran futzalçı 45 qolla dördüncü pillədə qərarlaşıb.
 
Lider isə Portuqaliya futzalının əfsanəsi Rikardinyodur. Cari mövsümdə Latviya çempionu "Riqa”nın forması ilə Çempionlar Liqasında iştirak edən məşhur "10 nömrə”nin aktivində 55 qol var. Andre Vanderley 54, Lusio isə 50 qolla sonrakı yerləri tuturlar. İlk "5-liy”i isə Kirilo qapayır – 44 qol.

Karyerasını başa vurmuş Vitali Borisov hazırda Azərbaycan millisinin və "Araz-Naxçıvan”ın baş məşqçisidir.
 

 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->