Xəbər lenti

Millimizin mundiladakı nəticəsi - üç medal və 6-cı yer
İdman10:09 04.11.2021

Millimizin mundiladakı nəticəsi - üç medal və 6-cı yer

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında klassik güləş üzrə yarışa yekun vurulub.
Qaynarinfo xəbər verir ki, mundialda 10 çəkidən cəmi 7-sində təmsil olunan millimiz 3 medal qazanıb və 67 xalla komanda hesabında 6-cı yeri tutub. 1 qızıl və 2 bürünc medal əldə edən yığmamız U-23 dünya çempionatları tarixində medalların əyarına görə ən yaxşı nəticəsinə imza atdı. 
Yunan-Roma güləşçilərimiz 2017-də 2 bürünc, 2018-də 2 gümüş və 1 bürünc, 2019-da isə 1 gümüş və 1 bürünc medal qazanıb.
Bu gün Bakı vaxtı ilə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportunda komandamızın qarşılanma mərasimi keçiriləcək. 
Səbuhi Həsənov