Xəbər lenti

İdman 18:07 10.03.2023

Millimizin sabiq futbolçusundan hakimə qeyri-etik hərəkət

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Qaynarinfo-nun məlumatına görə, iclas Birinci Divizionun 20-ci turuna həsr olunub. Qaydalar çərçivəsindən kənara çıxanlarla bağlı aşağıdakı cəza tədbirləri görülüb.

"Zirə-2” – "Qəbələ-2” oyununda "Zirə-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilsin (maddə 39).

"Zaqatala” – "Neftçi-2” oyunundan əvvəl Peşəkar Futbol Liqasının himni səsləndirilmədiyinə görə "Zaqatala” klubu 80 manat cərimə edilsin (maddə 84).

"Zaqatala” – "Neftçi-2” oyununda "Zaqatala” klubunun 11 nömrəli futbolçusu Valeh Qəhrəmanlı görüşün 60-cı dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 4 oyun cəzalansın, klub 320 manat cərimə edilsin (maddə 37.3).

"Kəpəz-2” – MOİK oyununda MOİK klubunun 15 nömrəli futbolçusu Rüstəm Rüstəmov görüşün 86-cı dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 2 oyun cəzalansın, klub 160 manat cərimə edilsin (maddə 36.1).

"Qarabağ-2” – "Səbail-2” oyununda "Səbail-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilsin (maddə 39).

XX turunun "İmişli” – "Qaradağ Lökbatan” oyununda "İmişli” klubunun 5 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilsin (maddə 39).

"İmişli” – "Qaradağ Lökbatan” oyununda "Qaradağ Lökbatan” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilsin (maddə 39).

"İmişli” – "Qaradağ Lökbatan” oyunundan sonra "Qaradağ Lökbatan” klubunun məşqçisi Rafael Əmirbəyov meydançaya daxil olaraq baş hakimə kəskin şəkildə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandığına görə 1 oyun cəzalansın, klub 80 manat cərimə edilsin (maddə 47.3).

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?