Xəbər lenti

Millimizin sabiq və indiki qapıçısı klublarını dəyişirlər
İdman11:49 26.05.2016

Millimizin sabiq və indiki qapıçısı klublarını dəyişirlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qarabağ"ı daha bir futbolçu tərk edir.

Qaynarinfo.az-ın əldə etdiyi xəbərə görə, 2007-ci ildən "Qarabağ"ın şərəfini qoruyan, lakin legionerlərin timsalında 2-ci qapıçı funksiyasını icra edən Fərhad Vəliyev karyerasını yaşadığı doğma Sumqayıtda bitirmək istəyir. O, "Sumqayıt" klubu ilə anlaşıb. 

Xatırladaq ki, "Qarabağ"la 3 dəfə Azərbaycan çempionluğunu, 3 dəfə ölkə kubokunu qazanmış 36 yaşlı Fərhad Vəliyev əvvəllər Sumqayıtda oynayıb. O, 2004/05 mövsümündə Sumqayıtın "Gənclərbirliyi" klubunda çıxış edib.

Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin də "İnter"lə müqaviləsi başa çatıb. Onun "İnter"də qalmayacağı Səlahət Ağayevin "bankirlər"ə keçməsindən də aydın olur. Onun yeni klubu isə "Neftçi" olacaq. Çünki "Neftçi" artıq Aqil Məmmədovun bəzi oyunlarda buraxdığı səhvlərə görə, qapını daha etibarlı əllərə tapşırmaq istəyir.

Qaynarinfo.az