
Bir neçə həftə əvvəl elit daşınmaz əmlak bazarını daha bir xəbərsarsıdıb. Londonun nüfuzlu Uan-Qayd-Park rayonunda 237 milyon dollaraev satılıb. “Reuters”in məlumatına görə, bu evin sahibi Şərqi Avropaölkələrinin birində yaşayır. Evin qiymətini nəzərə alsaq, həmin şəxsin“Forbes”in milyarderlərindən biri olduğu şübhəsizdir. Qeyd edək ki,bundan əvvəlki 221 milyon dollarlıq rekord elə həmin rayonda ukraynalızəngin iş adamı Rinat Axmetova məxsus idi.
Böhran illərində iri kapital sahibləri vəsait qoyuluşu üçün "sakitlimanlar" axtarışı ilə fəal məşğul olublar. Təbii ki, daşınmaz əmlak bulimanların sırasına daxil olub. “Deutsche Asset & WealthManagement"-in analitikləri deyirlər ki, uzun illərdən sonra daşınmazəmlak bazarının sürətlə böyüməsinin səbəbi də oliqraxların sərmayələrinibu istiqamətə yönəltməsidir. Təəccüblü deyil ki, zəngin alıcılarınmarağı da penhausların, mülklərin, dünyadakı elit obyektləriqiymətlərinin bahalaşmasına səbəb olub.
“Forbes” milyarderlərin ən bahalı evlərinin reytinqini tərtibedib. “Forbes”-in 2014-cü il reytinqi üzrə Tabloid.az milyarderlərin ənbahalı malikanələrini təqdim edir.
Tabloid.az Rusiya mətbuatına istinadən həmin malikənələr haqqında maraqlı məlumatları və fotoları təqdim edir:
1.Antilia göydələni

Sahibi: Mukeş Ambani, kapitalı 23,9 milyard dollar
Yerləşdiyi ölkə: Mumbay, Hindistan
Dəyəri: 1 milyard dollardan çox
56 yaşlı Mukeş Ambaninin evinin tayı-bərabəri yoxdur. Göydələn 27mərtəbəlidir, sahəsi 37 000 kv metrdir. Atlantikadakı əfsanəvi adanınşərəfinə Antilia adlandırılıb. Bina altı mərtəbəli yeraltı qarajla, üçvertolyot meydançası ilə təchiz edilib. Bu məkanda 600 nəfər çalışır.Müxtəlif qiymətləndirmələrə görə, Antilianın dəyəri 1-2 milyard dollar arasındadır.
Müqayisə üçün qeyd edək ki, Nyu-Yorkda Ümumdünya ticarət mərkəzinin52 mərtəbəli, 160 000 kv. Metr sahəni əhatə edən memorial göydələninininşaası milyard dollara başa gələcək.
2. Leopolda villası

Sahibi: Lili Safra, kapitalı 1,3 milyard dollar
Yerləşdiyi ölkə: Mavi sahil, Fransa
Dəyəri: 750 milyon dollar (500 milyon avro)
Əfsanəyə görə, bankir Edmond Safranın dul həyat yoldaşı Liliyə məxsusolan villa 81 000 kv. Metr sahədə XIX əsrdə Belçika kralı II Leopaldınsaxladığı çoxsaylı xanımlardan biri üçün inça edilib. Qeyri-rəsmiməlumatlara görə, 2008-ci ildə, bu villanı "Oneksim” şirkətlərqrupunun sahibi Mixail Proxorov əldə etmək istəyib. Şaiyələrə inansaq, ovillaya yarım milyard avroya verməyə hazır imiş. Lakin son anda o bufikrindən imtina edib və beh kimi ödədiyi 50 milyon depoziti də itirib.
3. Fair Field mülkü

Sahibi: Ayra Rene, kapitalı 6 milyard dollar
Yerləşdiyi ölkə: Saqaponak, Nyu-York, ABŞ
Dəyəri: Təxminən 248,5 milyon dollar
Uoll-stritin akulası Ayra Renenin obyekti ABŞ-da ən bahalı daşınmazəmlak hesab edilsə də, milyarder milyarder onu ailəsi üçün inşaetdirib, heç vaxt bu dəbdəbəli malikanəyə alıcı axtarmayıb. Ekspertlərbu mülkünü dəyəri haqqında fikirlərini ilbəil dəyişirlər. 2014-ci ildə malikanə 248,5 milyon dollar dəyərləndirilib.
Hazırda Amerika daşınmaz əmlak bazarı üçün Renenin 147 milyon dollara başqa bir evi alması şok sayılır. Çünki, o bunu üçün küllü məbləğdəillik vergi ödəyir. Bu evdə yataq otaqlarının sayı 29, hamam otaqlarınınsayı isə 39 –dur.
Maraqlıdır ki, bazarda əks paradokslar da baş verir. Məsələn,mütəxəssisləri Orakl Larri Ellisonun Kaliforniyadakı mülkünu 73,2 milyondollar qiymətləndirirlər. Halbuki onun inşaasına 200 milyon dollarxərclənib.
4. One Hyde Parkdakı apartamentlər

Sahibi: Məlum deyil
Yerləşdiyi ölkə: Uan Qayd Park rayonu, London, Böyük Britaniya
Dəyəri: 237 milyon dollar
Sirli şərqi avropalı Londondakı ən bahalı apartamenti Ukrayna böhranıvə Rusiya ilə qərb arasındakı "soyuq müharibənin" qızğın çağında əldəedib. Hər kvadratmetr üçün o, 140 funt sterlinq ödəyib ki, bununla dayeni dünuya rekordu vurub. Yeri gəlmişkən, səxavətli alıçı iləqonşuluqda 2011-ci ildən zəngin ukraynalı Rinat Axmedov yaşayır ki,onun da mükünün dəyəri 221 milyon dollar dəyərləndirilir.
5. Kensington Palace Gardens malikanəsi
Sahibi: Lakşmi Mittal, kapitalı 16,6 milyard dollar
Yerləşdiyi ölkə: Kensinqton rayonu, London
Dəyəri: 222 milyon dollar (117 milyon avro)
Qeyri-rəsmi məlumata görə, Hindistanın metallurgiya maqnatı,Britaniya paytaxtının ən çox mühafizə edilən “milyarderlər döngəsində” -küçələrindən birində üç mülk alıb. Mittalın həmçinin İsrailsəfirliyinin yaxınlığında dəbdəbəlu malikanəsi var. Bu mülkümilyarderin oğlu maliyyəçi Noam Qottensmandan alıb. Şaiyələrə görə,hazırda Mittal ailəsi bu obyekti satmağa hazırdır.
6. One Hyde Parkdakı apartamentlər

Sahibi: Rinat Axmetov, kapitalı 11,8 milyard milyard
Yerləşdiyi ölkə: London
Dəyəri: 221 milyon dollar
Zəngin ukraynalı üç il ərzində dünyada ən bahalı mənzil sahibistatusunu saxlayıb. Lakin bu il statusu ondan adı hələlik açıqlanmayanşərqi avropalı milyarder alıb. Onların hər ikisinin mənzili Londonunnüfüzle Uan Qayd Park rayonunda yerləşir. Rinat Axmetovun 2300 kv.m olanmənzilinin pəncərələri gülləkeçirməz şüşədəndir və burada beş ulduzluotellerdə olduğu kimi xidmət təşkil edilib.
7. Ellison Estate malikanəsi

Sahibi: Larri Ellison, kapitalı 51,4 milyard dollar
Yerləşdiyi ölkə: Vudsayd, Kaliforniya ştatı, ABŞ
Dəyəri: 200 milyon dollar
“Oracle” şirkətinin banisi dünyada ən ehtiraslı daşınmaz əmlakkolleksioneridir. Hətta onun zəngin kolleksiyasında yapon üslubundainşa edilmiş malikanə vardır.
2004-ci ildə 10 ha ərazidə 10 yaşayış binası, süni göl, karpbalıqlarının üzdüyü nohur inşa edilib. 2013-ci ildə vergi müfəttişlərimülkü 73,2 mln. Dollar qiymətləndirsə də, reallıqda onun dəyəri bundaniki dəfə çoxdur.
8. Kensington Palace Gardens malikanəsi

Sahibi: Roman Abramoviç, kapitalı 9,4 milyard dollar
Yerləşdiyi ölkə: Kensinqton rayonu, London
Dəyəri: Təxminən 140 milyon dollar (90 milyon funt sterlinq)
“Chelsea” futbol klubunun sahibi Londona köçəndən sonra Britaniyanınpaytaxtında bir sıra elit evlər alıb. Abramoviçin kolleksiyasının incisiKensinqtonda "milyarderlər döngəsində"ki mülkü hesab edilir. Şəhər icrahakimiyyəti evin qismən yenidən qurulmasına icazə veriblər. Abramoviçmalikanənin ərazisində tennis kortu, avtomobil texnikası muzeyi vəsağlamlıq mərkəzinin inşasına icazə ala bilib.
Milyarderin digər mülklərinin siyahısında Fransadakı Riveryedakı vəSen-Bart adasındakı 30 hektarlıq mülkləri var. Abramoviç sonuncunu2009-ci ildə 90 milyon dollara alıb.
9. Blossom Estate mülkü

Sahibi: Ken Qriffin, kapitalı 5,2 milyard dollar
Yerləşdiyi ölkə: Palm-Biç, Florida
Dəyəri: Təxminən 130 milyon dollar
Ken Qriffin dörd qonşu sahəni birləşdirərək ümumi sahəsi təxminən 3hektar olan okean sahilini alıb. Sahənin üçdə birində artıq evlər artıqtikilmişdi. Dördüncünü isə Qriffini öz zövqünə uyğun inşa etdirib.Hazırda o, bu mülküləri birləşdirərək unikal bir malikanəyə sahib olub.
10. Xanadu 2.0 kompleksi

Sahibi: Bill Qeyts, kapitalı 77,5 milyard dollar
Yerləşdiyi ölkə: Mədinə, Vaşinqton ştatı, ABŞ
Qiyməti: 120,5 milyon dollar
“Microsoft”-un banisi Bill Qeytsin evi yüksək texonoloji qurğularlatəchiz edilib. Məsələn, hovuz musiqi sistmei ilə təchiz edilib, hərotağın idarəetmə pultu mövcuddur ki, onun köməyi ilə havanıntemperaturunu, musiqini, işıqlandırmanı nəzarətdə saxlamaq olar.Kitabxanadakı qiraət salonunda innovative günbəz var. Fitnes zalı 232 kvmetr ərazidə yerləşir. Malikanənin adı Carlz Foster Keynin "VətəndaşKeyn" filminin şərəfinə bu cür adlandırılıb.
11.Beech Farm Copper malikanəsi

Sahibi: məlum deyil
Yerlışdiyi ölkə: Qrinviç, Konnektikut ştatı, ABŞ
Qiyməti: 120 milyon dollar
2013-cü ilin mayında 190 milyon dollara satışa çıxarılmış mülk bir ilsonar 50 milyon dollar ucuzlaşdı. Bundan sonar müştəri tapıldı. 1255kv. m ərazidə yerləşən malikanə 12 yataq otağı, 9 vanna otağı vəkitabxana var. Adı naməlum olan yeni sahib həmçinin solyaridən, üçmərtəbəli şərab anbarından istifadə edə bilər.
Malikanənin əvvəlki sahibi Con Rudi ağac tədarükü biznesi ilə məşğul idi.
12. Mountain Road Home malikanəsi

Sahibi: Masayoşi San, kapitalı 17,3 milyard dollar
Yerləşdiyi ölkə: Vudsayd, Kaliforniya ştatı, ABŞ
Qiyməti: 117,5 milyon dollar
Rəsmi məlumatlara görə, “Softbank”ın təsisçisi Masayoşi “Forbes”reytinqindəki həmkarları arasında ən bahalə evi alıb. 836 kv metrərazidə yerləşən daşınmaz əmlak neoklassik üslubda inşa edilib,içərisində istirahət üçün besedka, sütünlu hovuzu, tennis kortu və bağıvə kitabxanası var.
Qaynar.info