
Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.
Qaynarinfo.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə xilasetmə məntəqəsinin ərazisində baş verib.
Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
Qaynarinfo.az