Xəbər lenti

Ölkə 16:51 07.08.2025

"Mini Bazar" da 2255 manatlıq oğurluq

Binəqədi rayonunda fəaliyyət göstərən "Mini Bazar” adlı ərzaq mağazasında oğurluq hadisəsi baş verib. 

Qaynarinfo-nun məlumatına görə, mağazanın kassa aparatından 150 manat, piştaxtalarda olan 105 manat dəyərində 3 ədəd "Jack Daniel`s” markalı viski, 630 manat dəyərində 14 qutu "Sobranie” markalı siqaret, 400 manat dəyərində 10 qutu "Kent” markalı siqaret, 520 manat dəyərində 13 qutu "Winston” markalı siqaret, 150 manat dəyərində 5 qutu "Winchester” markalı siqaret, 1 120 manat dəyərində 4 qutu "Pall Mall” markalı siqaret və 180 manat dəyərində 6 qutu "Rothmans” markalı siqaret oğurlanıb. Mağaza sahibinə ümumilikdə 2.255 manat məbləğində maddi ziyan dəyib. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhıli bilinən şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3 (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.1-ci (Oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib. 

Cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. 

Təqsirləndirilən şəxsə 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı və həbsdə olduğu ümumilikdə 4  ay 28 gün müddət bir günə iki gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 5 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->