Xəbər lenti

MiQ təyyarələrinin yaradıcısı öldü
Dünya10:44 01.03.2014

MiQ təyyarələrinin yaradıcısı öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanınmış aviasiya konstruktoru, MiQ təyyarələrinin baş konstruktoru Rostislav Belyakov 95 yaşlında dünyasını dəyişib. 

Musavat.com xəbər verir ki, məlumatı “İnterfaks” agentliyi “MiQ” korporasiyasının mətbuat xidmətinə istinadən yayıb. 

Məlumatda deyilir ki, Rostislav Belyakov fevralın 28-də uzun sürət ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Üç gün sonra 95 yaşı tamam olacaq Rostislav Belyakovun bütün əmək fəaliyyəti MiQ markalı təyyarələrinin yaradılması ilə bağlı olub.

Qaynar.info