Xəbər lenti

Mirmahmud Mirəlioğlu qəzaya düşdü
Siyasət10:32 08.08.2013

Mirmahmud Mirəlioğlu qəzaya düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlu avtomovil qəzasına düşüb.

Modern.az-ın məlumatına görə, qəza bir neçə dəqiqə bundan öncə paytaxtın Atatürk prospektində baş verib.

Hadisə yerində olan əməkdaş bildirib ki, M.Mirəlioğlu idarə etdiyi 01 BB 057 dövlət nömrə nişanlı UAZ markalı avtomobili “Gənclik” metrosu istiqamətində hərəkətdə olan “Nissan Sunny” markalı minik maşınına vurub. Hadisə nəticəsinə KXCP sədrinin avtomobilinə ciddi ziyan dəyməsə də “Nissan” maşını xeyli əzilib. İlkin ehtimallara görə, qəzaya M.Mirəlioğlunun ehtiyatsızlığı səbəb olub.

Hadisə zamanı M.Mirəlioğluna və digər avtomobilin sürücüsü xəsarət almayıb. Qəzadan dərhal sonra əraziyə sığorta şirkətinin əməkdaşları çağırılıb.

Qaynar.info