"Ararat Mirzoyan Nikol Paşinyanın yaxın adamıdır. Paşinyan ona inanır və eyni zamanda dediyinə görə, Rusiya da onun təyinatına etiraz etmir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ararat Mirzoyanın Ermənistana yeni xarici işlər naziri təyin olunmasını şərh edərkən deyib. Onun sözlərinə görə, xarici siyasət sayəsində qararların qəbulunun məsuliyyətini Nikol Paşinyan onunla bölüşəcək:
"Nikol özünə yaxın olmayan adamı vəzifəyə təyin etməz. Ona yaxın olduğu üçün məğlubiyyətdən sonra Ararat Mirzoyanın maşınını saxlayıb, ailəsinin gözünün qarşısında vəhşicəsinə döymüşdülər. Uzun müddət xəstə yatdı. Hazırda hakimiyyət cərgəsində ən hörmətli adamlardan biri sayılır”.
Politoloq bildirib ki, yaxın bir il ərzində Ermənistan xarici siyasət sahəsində xeyli qərarlar qəbul edəcək.
Qeyd edək ki, Ermənistana yeni xarici işlər naziri təyin olunub. Ermənistan Prezidenti Armen Sarkisyanın sərəncamı ilə bu vəzifəyə Ararat Mirzoyan təyin edilib.
Bahar Rüstəmli