Xəbər lenti

Misir Türkiyə səfirini ölkədən qovur - GƏRGİNLİK
Dünya10:38 23.11.2013

Misir Türkiyə səfirini ölkədən qovur - GƏRGİNLİK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misir hökuməti Türkiyə ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmağa qərar verib.

APA-nın verdiyi məlumata görə, Misir Türkiyədəki səfirini geri çağırıb və Türkiyənin Qahirədəki səfirindən ölkəni tərk etməsini tələb edib.

Xatırladaq ki, Misirdə prezident Məhəmməd Mursinin hərbi çevriliş nəticəsində devrilməsi Türkiyə hökumətinin kəskin etirazına səbəb olub. Ərdoğan hökuməti Misirdə çevriliş nəticəsində formalaşan hökuməti tanımır və M. Mursiyə dəstəyini davam etdirir.  

Qaynar.info