Xəbər lenti

Misirdə 4 min illik məzar tapıldı: kimə aid olduğu üzə çıxdı
Dünya05:00 25.11.2018

Misirdə 4 min illik məzar tapıldı: kimə aid olduğu üzə çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misirin 4 min il yaşı olan firon məzarı tapılıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Misir Tarixi Əsərlər Nazirliyinin açıqlamasına görə, məzar Nil çayının qərb hissəsində Əl-Uksur əyalətində tapılıb. Məzarın Misir allahı Amonun həyat yoldaşı Mutun məbədində mumyalama işləri ilə məşğul olan din xadimi Zav Rafta aid olduğu məlum olub.
Qəbrin divarlarında ailədən bəzi şəxslərin adlarının olduğu, içində isə 2 tabut və 2 oyma heykəl olduğu bildirilib.
Açıqlamada həmçinin arxeoloji qazıntılar zamanı Amon məbədinin vəkili vəzifəsini icra etmiş "Huri" adlı digər bir şəxsin də mumyasının tapıldığı qeyd olunub.
Çingiz Səfərli