Xəbər lenti

Misirdə iki sərnişin qatarı toqquşdu, 32 nəfər öldü, 66-sı yaralandı
Dünya13:31 26.03.2021

Misirdə iki sərnişin qatarı toqquşdu, 32 nəfər öldü, 66-sı yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misirin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində 32 nəfər ölüb, azı 66 nəfər yaralanıb.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Məlumata görə, qəza martın 26-da ölkə paytaxtı Qahirədən cənubda Sohaq əyalətində baş verib. Hadisə yerinə 36 maşın təcili yardım briqadası cəlb edilib.
Misirin Baş prokurorluğu hadisənin araşdırılması barədə göstəriş verib. Qeyd olunub ki, hadisə ilə bağlı xüsusi komissiya yaradılıb və baş nazir Mustafa Madbuli hadisənin araşdırılmasına nəzət edir.
Hər iki qatarın maşinistləri saxlanılıb.