Misir prezidenti Əbdülfəttah Əl Sisi sabiq Baş Qərargah rəisi general Sami Hafiz Ananı həbs etdirib.
Qaynarinfo xəbər verir ki, S.H.Anan Sisi əleyhinə nümayişlərdə xalqı qoruyacağına dair and içmişdi. Ananın həbsi ordu daxilindəki üsyanın qarşısını almaq məqsədi ilə əsaslandırılıb.
Qahirə Universitetinin professoru Hazem Hüsni də həbs edilənlər arasındadır.
Qeyd edək ki, Sami Anan 23 yanvar 2018-ci ildə seçkilərdə Sisinin rəqibi olacağını açıqlayandan sonra da həbs edilmişdi.
Gülşən