Bu gün Azərbaycan Premyer Liqasında 10-cu turun daha 2 oyunu keçiriləcək.
Qaynarinfo xəbər verir ki, əvvəlcə "Turan Tovuz" doğma meydanda "Səbail"i qəbul edəcək. Komandalar arasında yeganə qarşılaşma cari mövsümə təsadüf edib. Bölgə təmsilçisi səfərdə 1:0 hesabı ilə qalib gəlib.
Turun digər oyununda "Zirə" səfərdə "Sabah"ın qonağı olacaq. İki komanda indiyədək ölkə çempionatında 16 dəfə qarşılaşıb. Bunların 7-də meydan sahibləri, 4-də qonaqlar qələbə qazanıb. 5 oyun heç-heçə başa çatıb. Topların nisbəti də "Sabah"ın xeyrinədir - 25:21. Tərəflər arasındakı son 7 görüşdə ən azı 2 qol qeydə alınıb. Ardıcıl iki dəfə eyni hesabla uduzan "Zirə” son 8 oyunda meydanı qolsuz tərk etməyib.
Azərbaycan Premyer Liqası, 10-cu tur
15 oktyabr (şənbə)
15:00. "Turan Tovuz” – "Səbail”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
Tovuz şəhər stadionu.
17:30. "Sabah” – "Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Cavid Cəlilov
Hakim-inspektor: Munis Abdullayev
"Bank Respublika Arena".
Turun ilk matçında aşağıdakı nəticə qeydə alınıb:
"Şamaxı" - "Qəbələ" 1:1
"Qarabağ" - 24, "Sabah" - 22, "Neftçi" - 19, "Zirə" - 16, "Qəbələ" - 16, "Turan Tovuz" - 11, "Səbail" - 8, "Kəpəz" - 4, "Sumqayıt" - 4, "Şamaxı" - 3
Səbuhi Həsənov