
Milli Şuranın bu gün keçirtdiyi 26 sentyabr tarixində keçiriləcək referenduma qarşı mitinqdən sonra bir çox mitinq iştirakçıları həbs olunub.
Qaynarinfo-nun verdiyi məlumata görə, mitinqdən sonra həbs olunanlar müxtəlif polis bölməsinə aparılıb. Onlaırn bir qismi Yasamal Rayon Polis İdarəsinə, digər qismi Səbail Rayon Polis İdarəsinə aparılıb. Əldə etdiyimiz məlumata görə Yasamal Polis İdarəsindı olan şəxslərdən bir qisminin adı məlum olub. Bunlar AXCP üzvləri Nihad Hüseynov, Royal Laçınov, Turan İbrahim, Tural Məmmədov, Vaqif Məmmədovdur.
Saxlanılan şəxslərlə polis bölməsində sərt davranmaqla bağlı, bəziləri ölümlə təhdid olunub. Toplam 4 saata yaxın polis bölməsində saxlanılan şəxslər artıq azadlığa buraxılır.