Xəbər lenti

MKİ-nin qadın agentləri kütləvi şəkildə cinsi zorakılıqdan şikayət edir
Dünya 18:39 09.10.2024

MKİ-nin qadın agentləri kütləvi şəkildə cinsi zorakılıqdan şikayət edir

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) qadın əməkdaşlarının təzyiq və cinsi zorakılıqla bağlı kütləvi şikayətləri ilə üzləşib. 

Qaynarinfo xəbər verir ki, bu barədə agentliyin əməkdaşlarına istinadən CNN məlumat yayıb.

"MKİ-də cinsi təcavüz və zorakılıq iddiaları ilə bağlı Konqresin nəzarət komitələrinə qapalı qapılar arxasında ifadə vermək üçün bir çox qadın agent Kapitol Hillə axışıb", deyə xəbərdə qeyd edilir.

Telekanalın məlumatına görə, şikayətlər axını səbəbindən kəşfiyyat orqanı problemin miqyasını müəyyən etmək üçün daxili araşdırma aparıb.

Nəticədə respondentlərin təxminən 28%-i ən azı bir dəfə "cinsi zorakılıqla bağlı iş mühiti" ilə qarşılaşdıqlarını bildirib. Öz növbəsində, respondentlərin 9%-i bunun son bir il ərzində baş verdiyini, digər 7%-i isə xidmətdə "arzuolunmaz cinsi əlaqə və ya təcavüz” hallarının olduğunu bildirib.

CNN belə qənaətə gəlib ki, sorğunun nəticələrinə tam etibar edilməməlidir. Çünki o könüllü olub və işçilərin yalnız 25%-i sorğuda iştirak edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->