Xəbər lenti

MKİ-nin rəhbəri avropalıları “sakitləşdirmək
Dünya 11:20 01.11.2025

MKİ-nin rəhbəri avropalıları “sakitləşdirmək" üçün gizli şəkildə Brüsselə səfər edib

Bu həftə MKİ-nin direktoru Con Retklif Brüsselə qısa və gizli səfər edərək Avropa İttifaqının (Aİ) xarici əlaqələr və kəşfiyyat üzrə yüksək vəzifəli nümayəndələri ilə görüşüb. Görüşün məqsədi kəşfiyyat məlumatlarının mübadiləsi sahəsindəki vəziyyəti müzakirə etmək olub.

Qaynarinfo xəbər verir ki, "Politico”nun mənbələrinə görə, Retkliff Aİ-nin baş diplomatı Kaja Kallasla, həmçinin Aİ Kəşfiyyat və Situasiya Analizi Mərkəzinin, eləcə də Aİ Hərbi Qərargahının Kəşfiyyat İdarəsinin yüksək vəzifəli şəxsləri ilə görüşüb.

"İki mənbənin bildirdiyinə görə, görüşün məqsədi ictimaiyyəti sakitləşdirmək və Vaşinqtonun kəşfiyyat məlumatlarının mübadiləsinə sadiqliyini təsdiqləmək idi. Çünki bəzi Avropa paytaxtlarında prezident Donald Tramp dövründə ABŞ-ın xarici siyasət istiqaməti ilə bağlı narahatlıq artır”, deyə nəşr yazır.

Rəsmi olaraq Retklif şəhərdə NATO Şurası üçün qapalı brifinq keçirmək məqsədilə olub. Lakin onun Aİ-nin xarici siyasətinə cavabdeh olan Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) ilə görüşü, "aydın siqnal” verib: MKİ Avropa ilə əlaqələri qorumaq niyyətindədir.

"Politico”nun məlumatına görə, bu görüş təkcə bir dəfəlik olmayacaq. "Bundan sonra bu cür görüşlər müntəzəm xarakter almalıdır”, deyə Aİ rəsmilərindən biri bildirib. Retklif və Aİ nümayəndələri həmçinin Rusiya, Çin və Yaxın Şərqlə bağlı ümumi problemləri də müzakirə ediblər.

Qeyd edək ki, bir müddət öncə Niderland xüsusi xidmət orqanları ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsi həcmini məhdudlaşdırıb. Eyni zamanda, Niderland kəşfiyyatı Böyük Britaniya, Almaniya, Fransa, Polşa və Skandinaviya ölkələri ilə əməkdaşlığı dərinləşdirib. Bunun səbəbi Rusiya–Ukrayna müharibəsi və Avropanın təhlükəsizlik təhdidlərinə dair artan anlayış olub.

Bu arada ABŞ Hərbi Hava Qüvvələri uzun fasilədən sonra Qara dəniz üzərində yüksək hündürlükdə kəşfiyyat dron missiyalarını bərpa edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->