Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns israilli və qətərli həmkarları ilə atəşkəs və Qəzza zolağında girovların azad edilməsinə dair razılaşmanın yeni mətnini müzakirə edib.
Bu barədə Qaynarinfo "Axios”a
istinadən xəbər verir.
Üç İsrail rəsmisi bildirib ki, razılaşma hərbi əməliyyatlara 28 günlük fasilə verilməsini və HƏMAS-ın təxminən səkkiz girovu və İsrail tərəfindən onlarla fələstinli məhbusu azad etməyi nəzərdə tutur.
Xüsusilə, yaraqlılar müxtəlif yaşlarda olan təxminən 8 qadın və ya 50 yaşdan yuxarı kişiləri azad etməlidirlər. İsrail buna cavab olaraq onlarla fələstinli məhbusu həbsdən azad etməlidir.
İsrailin yüksək rütbəli rəsmisi nəşrə bildirib ki, "İsrail müvəqqəti pauza ilə razılaşır, lakin HƏMAS prosesi açacaq, İsrailin geri dönməz addımlarına səbəb olacaq pauza istəyir. Əgər tərəflərdən heç biri öz mövqeyini yumşaltmasa, razılaşma olmayacaq".
Bununla belə, planda HƏMAS-ın əsas tələbi - sazişdə İsrail qoşunlarının Qəzza zolağından çıxarılması və müharibənin dayandırılması nəzərə alınmır.
İsrail baş nazirinin dəftərxanası açıqlamasında bildirib ki, tərəflər "əvvəlki təklifləri birləşdirən, həmçinin əsas məsələləri və regiondakı son hadisələri nəzərə alan yeni vahid çərçivəni” müzakirə ediblər.
Nəşr, ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkilərindən əvvəl yekun razılaşmanın mümkün olmadığını ehtimal edir. İsrail və HƏMAS çox güman ki, danışıqların nəticəsindən asılı olaraq mövqelərini korrekdə edəcək.
Nizami Bağırov
Şərhlər