Xəbər lenti

MKİ xəbərdarlıq etdi: Berlin yayda qaz kəmərlərinə hücum olacağını bilirdi
Dünya 10:52 28.09.2022

MKİ xəbərdarlıq etdi: Berlin yayda qaz kəmərlərinə hücum olacağını bilirdi

ABŞ bir neçə həftə əvvəl Almaniya hökumətinə Baltik dənizində qaz kəmərlərinə mümkün hücumlar barədə xəbərdarlıq edib.

Bu barədə Qaynarinfo "Der Spiegel”ə istinadən xəbər verir.

Müvafiq məlumatı Mərkəzi Kəşfiyyat İdarəsindəki mənbələr rəsmi Berlinlə paylaşıb. Almaniya hökumətinin nümayəndəsi bu məlumatı şərh etməkdən imtina edib və əlavə edib ki, heç bir kəşfiyyat məlumatları və ya kəşfiyyat fəaliyyəti ilə bağlı suallara açıq cavab vermir.

Xatırladaq ki, sentyabrın 27-də "Şimal axını 1” və "Şimal axını 2” boru kəmərlərində qaz sızması barədə məlumat yayılıb.

Almaniyanın "Der Tagesspiegel” nəşri Rusiyanın "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərinə sualtı qayıqlar və ya xüsusi təlim keçmiş dalğıclar tərəfindən hücum etmiş ola biləcəyi barədə versiya irəli sürüb

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->