Xəbər lenti

Moldova Rusiya səfirliyinin əməkdaşını persona non-qrata elan etdi
Dünya 12:50 01.08.2024

Moldova Rusiya səfirliyinin əməkdaşını persona non-qrata elan etdi

Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin əməkdaşını persona non-qrata elan edib. Bu barədə nazirlik Rusiyanın Kişinyovdakı səfiri Oleq Vasnetsova məlumat verib.

Qaynarinfo bu haqda "NewsMaker”ə istinadən xəbər verir.

"Rusiya diplomatının diplomatik statusu ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduğuna dair toplanmış məlumatlar və sübutlar əsasında ölkədən çıxarılma qərarı verilib”, - deyə məlumatda bildirilir.

Rusiya səfirliyinin persona non-qrata elan edilən əməkdaşı ölkəni tərk etməlidir. TV8-in məlumatına görə, söhbət diplomatik nümayəndəliyin hərbi attaşesindən gedir.

Xatırladaq ki, ötən gün Moldovada İnformasiya və Təhlükəsizlik Xidmətinin və Mütəşəkkil Cinayətkarlığa və Xüsusilə Mühüm İşlərə Qarşı Mübarizə Baş Prokurorluğunun əməkdaşları dövlətə xəyanət işi üzrə istintaqla bağlı parlament binasında axtarışlar aparıblar.

İstintaq çərçivəsində Rusiyaya casusluqda şübhəli bilinən hüquq şöbəsinin rəisi İon Kreanqa və Sərhəd polisinin əməkdaşı saxlanılıb.
İstintaq onların Rusiya səfirliyinin əməkdaşı ilə əlaqə saxladığını və pul mükafatı müqabilində ona məlumat ötürdüyünü ehtimal edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->